Bu gün Azərbaycan Respublikası Elmlar Akademiyası Rəyasət Heyətinin binasında Prezident yanında QHT dəstək şurasının İnsan hüquqları və demokratiya qrupuna seçkilər keçirildi. Seçkilərin nəticəsindən asılı olmayaraq bir neçə məqamı qeyd etmək istəyirəm.
QHT nümayəndələri prosesi idarə etmək üçün iclasa sədrliyi Prezident Aparataının əməkdaşı Tahir Süleymanova həvalə etdi. Bu bir az təəcüblü qarşılansa da, sonradan QHT nümayəndələrinin özünü aparması sübüt etdi ki, T.Süleymanovun iclasa sədriliyi fonunda zalda əyləşən digər QHT liderlərindən kifayət qədər demokratik qaydada məclisi yekunlazdirmağa çalışırdı. Beləki, QHT sədrləri prosesi tələsik və alternativsiz yekunlaşdiqmağa can atması hətta T.Süleymanovu təəcubləndirdi. Namizədlərə çıxış üçün 5 dəqiqə vaxt verilməsini təklif edən sədrin təklifinin əksinə olaraq QHT nümayəndələri buna ehtiyacın olmadığını bir səslə bildirdilər və yaxud 1 dəqiqə vaxt ayrılmasını təklif etdilər. Yenidən sədrin təkidi ilə təbligat üçün 2 dəqiqə vaxt ayrıldı. T
ədbirdə razılaşdırılmış namizədlərin olması və onların hərəkətləri sübut edirdi ki, həmin şəxslər müzakəsiz seçkilərin və onların xeyrinə nəzərdə tutulan nəticənin şərəfinə susmağa və prosesin demokratik keçməsənə maraqlı deyildilər. Zalda əyləşənlər artıq hakimiyyətin dəstəklədiyi 3 nəfərin adını əvvəldən bilirdilər. Bütün ehtiyyatlı davranışlar isə həmin adamlara alternativlərin olmaması və planın pozulmaması idi. Burada ən axmaq vəziyyətdə məhz həmin oyunda iştirak edən namizədlər, ağıllı və bəzən də demokrtik imicli isə hakimiyyəti təmsil edən T.Süleymanov idi. Vaxtilə bir yerda işlədiyim Tahir müəllimə hormətim artdı, o İnsan hüquqları və demokratiya qrupundan daha demokratik idi. Bir neçə dəfə QHT-lərin tələskənliyinə təəcüblənərək prosesi idarə edirdi.
Avaz Hasanov
Hörmatli oxucularim sizlərdən üzr istəyiram ki, çoxdandır ki, blogumu yeniləyə bilmirəm. Mən Cənubi Qafqazda "İnsan huquqları və sülh festivalı"nın Azərbaycandan olan idarə heyatinin üzvü kimi uzun müddətdir təqdim olunacaq layihələrin və filmlərin seçimi proseduru ilə məşğul idim.
Əgəır sizi həmin festival maraqlandırarsa internet unvani təqdim edirəm.
Ümid ediram ki, xoşunuza gələcək.
www.ya-chelovek.caucasus.net
Bundan əvvəlki yazimı sadəcə verlişin xronikasına həsr etmişdim. İndi isə çalışacam ki, ermanistana (Daglıq Qarabaga Ermənistandan) səfərin mümkünlüyü barədə yazam.
Nə üçün Ermənistana səfər lazımdır?
- Biz sülh yolunda münaqişənin həllinə sadiqik. Hər halda dövlətimizin siyasətin buna yənalib. Deməli sülhün əldə olunması istiqamətində səylərimiz olmalıdır.
- 50 ildən sonra olsa da belə Azərbaycan və Erməni xalqı qonşu kimi yaşamağa məhkumdurlar.
- münaqişənin həllində həlledici səsə malik olan prezidentlər xalqlar arasında münasibətlər normallaşmadan sülh müqaviləsi imzalamağa qərar verməyəcəklər. ATƏT Minsk qrupu həmsədrlərinin açıqlaması və ziyalıların qəfil səfəri nümunə idi.
- Ermənsitan ictimaiyyetinə təzyiq etmək və onları normal qonşluğa sövq etmək.
Davamı...
avazOktyabr 30, 2007 17:11
Bir zamanlar sovet siyasi sisteminin qurbanları olan məhbuslar, sürgün olunmuşlar və dissidentlərin aclıq aksiyası kimi başladıgı gün rəsmi olaraq keçmiş Rusiya prezidenti Boris Yeltsin tərəfindən anım günü kimi təsdiq olundu.
Stalinin represiya aparatının qurbanları sırasına yüz minlarlə əks düçüncəli “sovet” vətəndaşları arasında Azərbaycanın mədəniyyəti və ictimai siyasi mühitinin qaymaqıarı olan on minlərlə həmyerlilərimiz olub.
1991-ci ildən Rusiyada qeyd olunan və bütün SSRİ siyasi məhbuslarının xatirəsini əks etdirən bu gün Azərbayanda yalnız hüquq mudafiəçiləri tərəfindən yada salınır. İstər-istəmız sual olunur, hani Azerbaycanın dissidentləri? Azərbaycan dövlətinin asasını qoyan və sonradan represiyaya ugrayan ziyalıların övladları? Azərbaycanda siyasi repressiya qurbanlarının hüquqlarını müdafiə edən təşkilat və onun lideri Əşrəf Mehdiyev? Niyə onların səsi eşidilmir və onlar bu hakimiyyətə aidiyyatı olmayan siyasi ədalətsizliyin bərpasına niyə çalışmırlar? Niyə Azərbaycanda siyasi repressiya qurbanlarının xatirəsini əbədiləşdirən abidə qoyulmur və yaxud varsa onun yerini tanıyanlar azdır?!
İndi eşitdim ki, “Gundəlik Azərbaycan” qəzetinin redaktoru Eynulla Fətullayeva 8 il 6 ay hökm oxundu.
Davamı...
avazOktyabr 29, 2007 18:19
Azərbaycan Respublikası Prezidenti yaninda Azərbaycan Respublikasınınn İctimai Şurası
İctimai Şura nədir?
Azərbaycan Respublikasında ictimai əhəmiyyətli məsələlərin həll olunmasını təmin etmək, ölkənin milli təhlükəsizliyi, sosial iqtisadi inkişafı, vətəndaşların hüquq və azadliqlarının təmin olunması, demokratik prinsiplərə əməl olunmasına şərait yaratmaq üçün yaradılır. İctimai Şuranın fəaliyyətini tənzimləmək üçün “İctimai Şura haqqında” qanun qəbul olunur.
İctimai şura necə yaradılır?
1-ci mərhələ
Prezident aparatı ölkədə nüfuza malik olan QHT liderləri və vətəndaş cəmiyyətinin fəal liderləri ilə məsləhətləşmələr aparır. Vətəndaş cəmiyyətinin nüfuzlu liderlərinin təxmini siyahısı tərtib olunur.
2-ci mərhələ
QHT koalisiyaları və ümumrespublika QHT yıgıncaqları vasitəsilə 25 nəfərdən az olmayaraq numayəndənin namizədliyi Prezident aparatına təqdim olunur.
3-cü mərhələ
Prezident 25 nəfərdən ibarət İctimai Şuranin tərkibini təsdiq edir və eyni zamanda Şura tərəfindən təklif olunan Şuranın komissiyalarını təsdiq edir.
İctimai Şura üzvlərinin səlahiyyəti 3 ildən sonra başa çatır.
Davamı...
avazOktyabr 20, 2007 23:00
Əvəz Həsənov: "Azərbaycanın öz torpaqlarını azad edəcəyi artıq Ermənistanda da qaçılmaz bir fakt kimi qəbul olunur"
Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə "bərabərlik" prizmasından yanaşması, problemin uzanmasına təsir edən əsas amillərdən biri kimi qeyd olunur. Münaqişənin uzanması insanların psixoloji gərginliyinin artırılması ilə yanaşı, əsarətdə qalan tarixi abidələrimizin məhvinə səbəb olan faktları ortaya qoyur. Davamı...
avazOktyabr 17, 2007 23:22
Работа общественности относительно Карабахского вопроса идет по плану, который был подготовлен 10 лет тому назад. То есть, как в 88 году находились активисты, которые проводили мероприятия, с лозунгами, что Карабах территория Азербайджана, на предприятиях Баку, но тех кто мог бы прямо потребовать свои права в Москве перед Советским правительством было очень мало.
Davamı...