Azadliq qəzetində "Hüquq müdafiəçisi adının məsuliyyəti" adlı bu yazı məhz qəzetin "uman yerdən küsərlər" prizmasından baxarkən tamam başqa cür qavranılır. Lakin bəzi məqamlar vardır ki, qəzet onları nəzərdən qaçırır. Mən İnsan Hüqüqları Müdafiə Təşkilatlaı Fedarasiyasının üzvü kimi hüquq müdafiəçilərinin hakimiyyət nümayəndələri ilə birğə yaratdıqları komissiyanın işində iştirakını qeyri effektiv olduğunu bilərək onun tərkibindən çıxmağı bəzi həmkarlarıma bildirmişdim. Hakimiyyət təəssüf ki, siyasi məhbuslar məsələsinin müzakirəsini əvvəl Azərbaycanda başlayaraq, həll etmayi irəli sursə də, müxtalif məmurlar, hətta Milli Məclisin sadr müavini Ziyafət Əsğarov hüquq müdafiəçilərini Avropa Şurasına yalan məlumatlar ötürməkdə ittiham edir. Hakimiyyətə sərf edəndə İşçi qrupun iclasını toplayır, sərf etmayandə isə onları digər deputatların vasitəsilə tanqid edir. Belə olan halda hüquq müdafiəçiləri hakimiyyətin AŞPA qarşısında məsləhətləşmələr aparmaq istəyini ğostərməsində iştirak eməməlidir. Ya hakimiyyət immitasiyadan əl çəkməli, siyasi məhbusları azad etmək istiqamətində hüquq mudafiəçiləri ilə məsləhətləşməni səmimi aparmalı əks halda onlara sərf edən islahatlarin aparılması ğörüntüsünü yaratmaqda hüquq müdafiəçiləri "dekorasiya" rolunu oynamamlıdır.
Ölkədə insan hüquqları ilə bağlı vəziyyətin ğərğin olması isə hüquq mudafiəçilərinin ğünahından çox, cəmiyyətin və bütün siyasi institutların problemidir. İnsanlar öz hüququnu qorumasa onun müdafiəsi qeyri-mümkündür. Bütün insanlar öz hüquqlarının müdafiəçisi olmalıdır. Təəssüf ki, Azərbaycan vətəndaşlarının buna həvəsi yoxdur və bu sahədə biliklərini artirmaq haqqında düşünmürlər.
Məqaləni oxuyun və şahidi olun.
Davamı...