Hakimiyyət numayəndəsi QHT-lərdən daha demokratik idi
Bu gün Azərbaycan Respublikası Elmlar Akademiyası Rəyasət Heyətinin binasında Prezident yanında QHT dəstək şurasının İnsan hüquqları və demokratiya qrupuna seçkilər keçirildi. Seçkilərin nəticəsindən asılı olmayaraq bir neçə məqamı qeyd etmək istəyirəm.
QHT nümayəndələri prosesi idarə etmək üçün iclasa sədrliyi Prezident Aparataının əməkdaşı Tahir Süleymanova həvalə etdi. Bu bir az təəcüblü qarşılansa da, sonradan QHT nümayəndələrinin özünü aparması sübüt etdi ki, T.Süleymanovun iclasa sədriliyi fonunda zalda əyləşən digər QHT liderlərindən kifayət qədər demokratik qaydada məclisi yekunlazdirmağa çalışırdı. Beləki, QHT sədrləri prosesi tələsik və alternativsiz yekunlaşdiqmağa can atması hətta T.Süleymanovu təəcubləndirdi. Namizədlərə çıxış üçün 5 dəqiqə vaxt verilməsini təklif edən sədrin təklifinin əksinə olaraq QHT nümayəndələri buna ehtiyacın olmadığını bir səslə bildirdilər və yaxud 1 dəqiqə vaxt ayrılmasını təklif etdilər. Yenidən sədrin təkidi ilə təbligat üçün 2 dəqiqə vaxt ayrıldı. T
ədbirdə razılaşdırılmış namizədlərin olması və onların hərəkətləri sübut edirdi ki, həmin şəxslər müzakəsiz seçkilərin və onların xeyrinə nəzərdə tutulan nəticənin şərəfinə susmağa və prosesin demokratik keçməsənə maraqlı deyildilər. Zalda əyləşənlər artıq hakimiyyətin dəstəklədiyi 3 nəfərin adını əvvəldən bilirdilər. Bütün ehtiyyatlı davranışlar isə həmin adamlara alternativlərin olmaması və planın pozulmaması idi. Burada ən axmaq vəziyyətdə məhz həmin oyunda iştirak edən namizədlər, ağıllı və bəzən də demokrtik imicli isə hakimiyyəti təmsil edən T.Süleymanov idi. Vaxtilə bir yerda işlədiyim Tahir müəllimə hormətim artdı, o İnsan hüquqları və demokratiya qrupundan daha demokratik idi. Bir neçə dəfə QHT-lərin tələskənliyinə təəcüblənərək prosesi idarə edirdi.
Avaz Hasanov

