BİR QRUP HÜQUQ TƏŞKİLATI VƏ QHT LİDERİ AVROPA ŞURASININ NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT ÜNVANLAYIB
Bir qrup hüquq təşkilatı və QHT liderləri Avropa Şurasının Nazirlər Kabinetinə müraciət ediblər. Müraciəti imzalayanlar arasında İntiqam Əliyev, Ənnaği Hacıbəyli, Əlövsət Əliyev, Rəşid Hacılı, Leyla Yunus, Əvəz Həsənov, Hafiz Həsənov və başqaları var.
Müraciətdə aşağıdakılar bilirilir:
“Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının Qış sessiyasında bir sıra ölkələrdən Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin təyinatı ilə bağlı məsələnin müzakirə ediləcəyi nəzərdə tutulur. Həmin ölkələr arasında Azərbaycan da var. Xatırladaq ki, ölkəmizdən Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədi ötən ilin sentyabr ayında Avropa Şurası təsdiq etməkdən imtina edib. Həmin siyahıya Azərbaycanı Avropa Məhkəməsində təmsil edən Xanlar Hacıyevin, Ali Məhkəmənin üzvü Zakir Quliyevin və Prezident Aparatının əməkdaşı Səadət Novruzovanın adları daxil edilmişdi. Siyahı ictimaiyyətə bəlli olandan sonra ciddi müzakirələrə səbəb oldu və bunun nəticəsi kimi ölkənin bir sıra nüfuzlu hüquq təşkilatı və QHT liderləri Avropa Şurasının Nazirlər Kabinetinə müraciət ünvanlamışdılar.
Müraciətdə bildirilirdi ki, ölkəmizdən Avropa Məhkəməsinə namizədlərin ilk təyinatı zamanı olduğu kimi bu dəfə də Hökumət Azərbaycan cəmiyyətində hər hansı müzakirələr aparılmayıb, ölkə ictimaiyyəti yenə də fakt qarşısında qoyulub.
Avropa Şurası Parlament Assambleyası ölkəmizdən daxil olan müraciətləri nəzərə alaraq 4 dövlətlə (Rumıniya, Bolqarıstan, Türkiyə və San-Marino) yanaşı, Azərbaycandan göndərilən namizədlərin siyahısını da AŞ PA-nın "Avropa İnsan Hüquqları Məhkəməsinə Təyinatın Qaydaları və Təcrübə" adlı Tövsiyələrinə uyğun olaraq ictimai müzakirələrin aparılmadığını, namizədlərin biri ilə müqayisədə digərlərinin təcrübəsinin və peşəkarlığının aşağı olmasını və s. əsas göstərərək rədd edib.
Təəssüf ki, Azərbaycan Hökuməti namizədlərin şəffaf prosedurlar əsasında müəyyənləşdirilməsi və cəmiyyətdə real müzakirələrin keçirilməsini təmin etmək əvəzinə əksər hallarda olduğu kimi bu dəfə də demokratik seçki imitasiyasını yaratdı. Belə ki, bu ilin noyabr ayında Məhkəmə-Hüquq Şurasının yaydığı məlumatdan Azərbaycan ictimaiyyətinə bəlli olub ki, Məhkəmə-Hüquq Şurasının 2007-ci il 26 oktyabr tarixli qərarı əsasında Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı çox az adamın xəbəri Məhkəmə-Hüquq Şurasının internet saytında və rəsmi KİV-də namizədlərin irəli sürülməsi barədə elan yerləşdirilib və həmin vəzifəni tutmağa 17 hüquqşünasın namizədliyi irəli sürülüb. Məhkəmə-Hüquq Şurası noyabr ayının ikinci yarısında keçirilən toplantısında onların arasından 3 nəfəri seçib. İctimaiyyətin təkidli tələblərinə baxmayaraq namizədliyi irəli sürülən şəxslərin adları və onların hansı qurumlar tərəfindən irəli sürülməsi barədə məlumatlar cəmiyyətə açıqlanmadı. Həmçinin onların namizədliyi ilə bağlı cəmiyyətdə hər hansı müzakirələr də aparılmadı. Namizədliyi dəstəklənən şəxslərin adları açıqlandıqda isə bəlli oldu ki, əvvəlki siyahılarda olduğu kimi, əsas namizədlə müqayisədə digər iki namizəd cəmiyyətdə o qədər də tanınmırlar. Halbuki Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi kimi yüksək adı daşımaq üçün müəyyən olunan meyarlara cavab verən kifayət qədər layiqli namizədlər var.
Hesab edirik ki, Hökumətin AŞPA-ya yazda təqdim etdiyi siyahı kimi bu dəfəki siyahı da formal xarakter daşıyır. Yenə də hazırda Strasburq Məhkəməsinin hakimi olan X.Hacıyevlə müqayisədə digər iki namizədin faktiki heç bir şansının olmaması bu başdan açıq-aşkardır.
Biz müraciətimizin konkret hər hansı namizədin və ya namizədlərin əleyhinə çıxmağımızla bağlı olmadığını bir daha diqqətinizə çatırmaqla, Azərbaycan Hökumətinin növbəti dəfə ölkə ictimaiyyətinin rəyinə və Avropa Şurasının təvsiyələrinə saymazyanlıq nümayiş etdirməsindən narahatlığımızı bildiririk.
Biz yenə də o fikirdə qalırıq ki, bu cür qeyri-aşkarlıq və konfidensiallıq şəraitində və cəmiyyətdə birmənalı qarşılanmayan siyahı əsasında Yüksək Məhkəmənin hakiminin müəyyənləşdirilməsi ictimaiyyətdə belə bir fikir formalaşdırır ki, faktiki olaraq həmin hakimi Azərbaycan Hökuməti təyin edir. Bu, həm də Avropa Məhkəməsinin hakiminin müstəqilliyinə də ziyan gətirə bilən hal olduğu üçün onun qarşısı alınmalıdır.
Biz Avropa Şurasının Parlament Assambleyasını Azərbaycan Hökumətinin irəli sürdüyü namizədlərin siyahısını, namizədlərin real müzakirələr və şəffaf prosedurlar əsasında müəyyənləşdirilməsi məqsədilə yenidən Azərbaycan Hökumətinə geri qaytarmağa çağırırıq.”.
11.01.2008-ci il
HMC-nin Mətbuat xidməti
To Ambassador James Sharkey,
Chairman, Rapporteur Group on Human Rights
Committee of Ministers of the Council of Europe
Copying in:
Mr. Leonard Davies,
Secretary of the Committee of Ministers
Mr. Simon Palmer
Secretary, Rapporteur Group on Human Rights
Mr. Ambassador,
Dear colleagues,
The issue on appointment of judges to the European Court of Human Rights from several countries, as well from Azerbaijan is expected to be discussed on the Winter Session of the Parliamentary Assembly of the Council of Europe which will be held in January of this year. We would like to remind that the list of candidates to the post of the judge of the European Court of Human Rights had been returned without approval by the Committee of the Council of Europe. This list contained the names of Khanlar Hajiyev, who represents Azerbaijan in the European Court, Zakir Guliyev that is a member of the Supreme Court and Seadet Novruzova, which is an employee of the Office of the President. After the list was open to the public, it caused serious discussions, consequently, several authoritative legal organizations and NGO leaders appealed to the Committee of Ministers of the Council of Europe.
In the application it was notified that the Government did not held any public discussions as it had been in the first assignment of candidates to the European Court from our country and the people were put under the fact again.
Taking into consideration the applications received from our country, the Parliamentary Assembly of the Council of Europe rejected the list of candidates from Azerbaijan and 4 other countries (Romania, Bulgaria, Turkey and San-Marino) and reasoned it so that, public discussions had not been held, practice and professionalism of other two candidates is efficiently lower in comparison with the third candidate, which contradicts the Recommendations of the Parliamentary Assembly of the Council of Europe named “Rules and Practice of appointment to the European Court of Human Rights”.
Unfortunately, Azerbaijan Government as usual created imitation of democratic elections, instead of determination of candidates through transparent procedures and real public discussions. Thus in september of last year the public found out that, there was launched an announcement for candidates to the post of judge of the European Court on the website of the Court-Legal Council and official media according the 26 October 2007 dated decision of the Court-Legal Council and 17 persons stood for this post. The Court-Legal Council selected three of them in its meeting held at the end of November. Despite the insistent requests of public, their names and the organizations that nominated their candidacy were not declared. Moreover, there was not held any discussions concerning their candidacy. And when the names of supported candidates were declared, it became obvious that, in comparison with one candidate the other two candidates are not known in public as it was in previous lists. Whereas there are enough candidates in Azerbaijan that meet all requirements to carry the supreme post of the judge of the European Court of Human Rights.
We think that, the list that the Government presented to the Parliamentary Assembly of the Council of Europe carries formal character as it was with the list had been presented in spring. It is obvious that other two candidates practically do not have any chance in comparison with Khanlar Hajiyev, which is a practiced judge of the Strasbourg Court.
Drawing your attention to the fact that our application does not mean that we are against one or other candidate, we notify our anxiety about lack of respect of the Azerbaijan Government to the opinion of the public and recommendations of the Council of Europe.
We are still in opinion that determination of the judge of the High Court in such circumstances of opaque and confidentiality establishes such a public opinion that this judge is in fact appointed by Azerbaijan Government. As it is a circumstance that can damage the impartiality of the judge of the European Court, it must be prevented.
We call the Parliamentary Assembly of the Council of Europe to reject the list of the candidates nominated by the Azerbaijan Government with the object to determine candidates through real discussions and transparent procedures.
11 January 2008
Best regards,
Intigam Aliyev, Legal Education Society
Annagi Hajibeyli, Azerbaijan Lawyers Association
Alovsat Aliyev, Center of Legal Assistance to Migrants
Asabeli Mustafayev, Assistance for protection of Citizens’ Constitutional Rights public union
Rashid Hajili, Media Law Institute
Akif Alizade, Lawyers’ Committee on Human Rights
Leyla Yunus, Institute of Peace and Democracy
Avaz Hasanov, Society for Humanitarian Research
Hafiz Hasanov, Law and Devolepment public accociation http://www.monitoring.az/index.php?lngs=aze&cats=1&ids=397

