Hüquq müdafiəçisi adının məsuliyyəti
Azadliq qəzetində "Hüquq müdafiəçisi adının məsuliyyəti" adlı bu yazı məhz qəzetin "uman yerdən küsərlər" prizmasından baxarkən tamam başqa cür qavranılır. Lakin bəzi məqamlar vardır ki, qəzet onları nəzərdən qaçırır. Mən İnsan Hüqüqları Müdafiə Təşkilatlaı Fedarasiyasının üzvü kimi hüquq müdafiəçilərinin hakimiyyət nümayəndələri ilə birğə yaratdıqları komissiyanın işində iştirakını qeyri effektiv olduğunu bilərək onun tərkibindən çıxmağı bəzi həmkarlarıma bildirmişdim. Hakimiyyət təəssüf ki, siyasi məhbuslar məsələsinin müzakirəsini əvvəl Azərbaycanda başlayaraq, həll etmayi irəli sursə də, müxtalif məmurlar, hətta Milli Məclisin sadr müavini Ziyafət Əsğarov hüquq müdafiəçilərini Avropa Şurasına yalan məlumatlar ötürməkdə ittiham edir. Hakimiyyətə sərf edəndə İşçi qrupun iclasını toplayır, sərf etmayandə isə onları digər deputatların vasitəsilə tanqid edir. Belə olan halda hüquq müdafiəçiləri hakimiyyətin AŞPA qarşısında məsləhətləşmələr aparmaq istəyini ğostərməsində iştirak eməməlidir. Ya hakimiyyət immitasiyadan əl çəkməli, siyasi məhbusları azad etmək istiqamətində hüquq mudafiəçiləri ilə məsləhətləşməni səmimi aparmalı əks halda onlara sərf edən islahatlarin aparılması ğörüntüsünü yaratmaqda hüquq müdafiəçiləri "dekorasiya" rolunu oynamamlıdır.
Ölkədə insan hüquqları ilə bağlı vəziyyətin ğərğin olması isə hüquq mudafiəçilərinin ğünahından çox, cəmiyyətin və bütün siyasi institutların problemidir. İnsanlar öz hüququnu qorumasa onun müdafiəsi qeyri-mümkündür. Bütün insanlar öz hüquqlarının müdafiəçisi olmalıdır. Təəssüf ki, Azərbaycan vətəndaşlarının buna həvəsi yoxdur və bu sahədə biliklərini artirmaq haqqında düşünmürlər.
Məqaləni oxuyun və şahidi olun.
http://www.azadliq.az/index.php?category=25&id=13268
Hüquq müdafiəçisi adının məsuliyyəti
Bu məsuliyyəti daşıya bilməyənlərin cəmiyyəti ittiham edib, siyasi məhbuslara minnət qoymaları yolverilməzdir2007-ci il dekabrın 28-də verilmiş yarımçıq əfv fərmanı təkcə hakimiyyətin müstəqil mətbuata, söz azadlığına, demokratiyaya dözümsüzlüyünü ortaya qoymadı. Həm də aydın oldu ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ciddi problemlər var. Doğrudur, Azərbaycanda vətəndaşların hüquqlarını qorumaq adı ilə onlarla təşkilat qeydiyyatdan keçib. Bu təşkilatlara və onların rəhbərlərinə beynəlxalq qurumlar, xarici donor təşkilatlar yüz min dollarlarla qrantlar ayırırlar.Bu qədər maliyyə dəstəyinin verilməsi isə Azərbaycanda demokratik cəmiyyətin qurulması, söz azadlığının bərqərar olması, bir sözlə, vətəndaş cəmiyyətinin qurulması üçündür. Beynəlxalq təşkilatların, xarici demokratik təsisatların Azərbaycanda hüquq müdafiəçisi adı daşıyan şəxslərin səfərlərini maliyyələşdirməsi, onlara əvəzsiz maddi yardım göstərməsi, bu insanları ən müxtəlif formalarda dəyərləndirməsi də məhz bununla bağlıdır. Demokratlıq səviyyəsiVə o da bəllidir ki, bu hüquq müdafiəçiləri məhz Azərbaycanda demokratiya, söz azadlığı uğrunda vuruşan insanların mövcudluğundan dolayı mövcuddurlar. Əgər, cəmiyyət tamamilə süst vəziyyətdə olsa idi, onda kimsə bu hüquq müdafiəçisi adı daşıyan şəxslərə qrant ayırmaz, səfərlərini maliyyələşdirməz və onlara dəstək verməzdi. Təəssüf ki, mövcud reallıqlar Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan şəxslərin bu qədər dəyərləri yerə vurduğunu ortaya qoydu. Aydınlaşdı ki, Azərbaycanda insan haqları ilə məşğul olduğunu iddia edən, demokratiyadan danışan hüquq müdafiəçiləri hakimiyyətin Səməd Seyidov və Rəfael Hüseynov kimi demokrat nümayəndələri səviyyəsində imişlər. Və hətta onlardan daha dözümsüz! Bunu dekabrın 28-də verilmiş yarımçıq əfv fərmanı bir daha təsdiqlədi. Bir daha məlumunuz olsun ki, dekabrın 28-nə qədər Işçi Qrupa daxil olan hüquq müdafiəçiləri həbsdə olan bütün jurnalistlər azadlığa buraxılmasa, qrupu tərk edəcəklərini bəyan etmişdilər. Dekabrın 28-də onlar əfv fərmanının yarımçıq olduğunu bəyan edərək Işçi Qrupu tərk etdiklərini bildirdilər. Bir gün sonra isə həmin şəxslər sözlərini geri götürərək Işçi Qrupda qaldıqlarını bəyan etdilər. Yeni ilin ilk günlərindən başlayaraq onlar, konkret olaraq hüquq müdafiəçiləri - Çingiz Qənizadə, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Sahib Məmmədov mətbuata açıqlama verərək sözlərinin üstündən qaçmalarına haqq qazandırmağa cəhd göstərirlər. Dünən isə Sahib Məmmədov “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada vicdan məhbusu Mirzə Sakiti və onun ailəsini təhqir etməkdən belə çəkinməyib. Hüquq müdafiəçisi adını daşıyan şəxs hüququnu qoruya bilmədiyi vicdan məhbusunu və onun ailəsini əfv ərizəsi yazmamaqda ittiham edir. Hətta bildirir ki, bir daha Mirzə Sakitin müdafiəsilə məşğul olmayacaq. Həmçinin cənab Məmmədov məmur kimi bəyanat verərək “Ya bizə olan inamlarını birdəfəlik itirsinlər, ya da qoysunlar işləyək” bəyanatını verir. Bütün bunlar bizi məcbur etdi ki, konkret olaraq bir neçə məqama toxunaq.Hüquq müdafiəçisinin vəzifəsiIlk olaraq Işçi Qrupu tərk etməyə özlərində cəsarət tapa bilməyən hüquq müdafiəçilərinə xatırladırıq ki, əfv ərizəsi almaq hüquq müdafiəçisinin işi, peşəsi və borcu deyil. Hüquq müdafiəçisinin borcu vətəndaşın, xüsusilə siyasi məhbusun pozulmuş hüquqlarının bərpasına nail olmaqdır. Əgər onlar siyasi məhbusun hüququnu sona qədər qoruya bilsələr, bu halda əfv ərizəsi yazmadan da təkrar, amma obyektiv məhkəmə yoluyla onun pozulmuş hüquqları bərpa oluna bilər. Ikinci, bütün beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdıqları Mirzə Sakiti və ya onun ailəsini əfv ərizəsi yazmağa məcbur etmək, əslində onun və ailəsinin qüruruna toxunmaq deməkdir. Çünki günahsız həbs olunmuş siyasi məhbusun prezidentdən əfv diləməyi bilavasitə məhkəmə hüquq sisteminin, birbaşa hakimiyyətin ona qarşı qondarma ittihamını üzərinə götürməsi deməkdir.O ki qaldı Sahib Məmmədovun Işçi Qrupda olan qadın hüquq müdafiəçilərinin qüruru ilə Mirzə Sakitin həyat yoldaşının qürurunu müqayisə etməsinə, bizcə, bu da yersiz manevrdir. Çünki məhz qondarma ittihamla barışmadıqlarından Mirzə Sakit də, onun həyat yoldaşı da əfv ərizəsini yazıb, qürurlarını sındırmaq istəməyiblər. Eyni zamanda onu da bildiririk ki, Mirzə Sakitin xanımı ən azı il yarım əvvəl hansı qürur sahibiydisə, indi də həmin qüruru qoruyub-saxlayır. Və bizdə əminlik var ki, bundan sonra da belə olacaq. Çünki o, bəziləri kimi dünən verdiyi sözü üzərindən 24 saat keçməmiş...Xahiş, yoxsa tələb edilməlidir?Qürurdan söhbət düşmüşkən, hüquq müdafiəçisi adı daşıyan bu şəxslərdən soruşmaq istərdik: Qondarma ittihamlarla hazırda həbsdə yatan üç jurnalisti, eləcə də bu günlərdə azadlığa buraxılan 5 jurnalisti qondarma ittihamla həbs etməklə, onları əsassız yerə aylarla həbsdə saxlamaqla qürurlarına xələl gətirmək istəməyiblərmi? Yaxud, bunu hamıdan yaxşı bilən, lakin onları həbsdən buraxdırmağa gücü çatmayan hüquq müdafiəçilərinin qürurlarına xələl gəlmirmi? Digər bir məqam isə hüquq müdafiəçilərinin dönə-dönə onlardan siyasi məhbuslarla bağlı edilən xahişlərə toxunmalarına aydınlıq gətirmək istəyirik. Onlara xatırladırıq ki, hansısa siyasi məhbusun pozulmuş hüquqlarını bərpa etmək, heç olmasa buna cəhd göstərmək, hüquq müdafiəçisinin birbaşa vəzifə borcudur. Onlar hüquq müdafiəçisi adını elə buna görə daşıyırlar. Beynəlxalq təşkilatlardan alınan qrantlar da, xarici ölkə

