Akif Nagi yalniz QHT-lerle haqq hesab churudur, hakimiyyete ise susur
Akif Nağı: “Əks halda, bu işi QAT özü edəcək”
Xəbər verdiyimiz kimi, dekabrın 17-dən 20-dək İrəvanda “Azərbaycan həftəsi” keçiriləcək. Tədbir məktəblərin birində Aşot Bleyanın rəhbərlik etdiyi “Muxtar Sebastatsi” təhsil mərkəzində təşkil ediləcək. Toplantıya Azərbaycandan da nümayəndə heyəti qatılacaq. Onların arasında jurnalist Seymur Baycan, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Bürosunun nümayəndələri və başqa hüquq müdafiəçiləri olacaq.
Məsələyə münasibət bildirmək üçün dünən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə əlaqə saxladıq. QAT sədri bildirdi ki, Azərbaycan hüquq-mühafizə orqanları sözügedən tədbirə qatılmaq istəyən Azərbaycan vətəndaşlarını məsuliyyətə cəlb etməlidir: “Bizim mövqeyimiz birmənalıdır. Bir daha bəyan edirəm ki, atəşkəs müqaviləsi işğalçı Ermənistanın marağına xidmət edir. Neçə illərdir Qarabağ torpaqlarında at oynadan ermənilər bu diyarın var-dövlətini talamaqla məşğuldur. İndi isə xalq diplomatiyasını ortaya atıblar. Bu, o məqsədlə edilir ki, torpaqlarımız ermənilərə qalsın və xalq onların işğalçı olduğunu unutsun. Halbuki, qəbul etdiyimiz milli təhlükəsizlik konsepsiyasında ermənilər düşmən elan edilib. Amma, buna baxmayaraq ermənilərə xidmət edən bəzi beynəlxalq fondlar azərbaycanlıların Ermənistana, ermənilərin isə Azərbaycana gediş-gəlişini təşkil etməklə məşğuldurlar”.
A.Nağıya görə, bu fondlar birbaşa erməni lobbisi tərəfindən maliyyələşdirilir: “Onların da məqsədi budur ki, xalq diplomatiyası adı altında dünyanı çaşdırsınlar və Qarabağ problemini gündəmdən çıxarsınlar. Amma bu hiylə baş tutmayacaq. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq hökumətdən bu prosesin qarşısını almağı tələb edirik. İstəyirik ki, Milli Təhlükəsizlik konsepsiyamızın tələblərinin əleyhinə çıxan şəxslər cinayət məsuliyyətinə cəlb edilsinlər. Əgər Azərbaycan Ermənistanı işğalçı dövlət kimi tanıyırsa, bu insanlar necə olur ki, Ermənistana gedirlər? Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdırlar”.
QAT sədrinin fikrincə, belə olmayacağı təqdirdə, təşkilat həmən şəxslərin cəzalandırılmasını öz üzərinə götürəcək: “Bu adamlar tutduqları yoldan çəkinməlidir. Əks təqdirdə, biz onları özümüz bildiyimiz kimi cəzalandıracağıq”.
MƏHƏBBƏT
http://www.musavat.com/site/shownews.php?news_id=28163

