Lənkaranda jurnalistlər və QHT-lər üçün “master klass”
Humanitar Tədqiqatlar Cəmiyyətinin Henrix Boll Fondu Cənubi Qafqaz ofisinin maliyyə dəstəyi ilə 28-30 noyabr 2007 tarixdə Lənkəran şəhərində jurnalistlər və İnsan hüquqları müdafiə təskilatları nümayəndələri üçün insan hüquqları, münaqişələr və gender problemləri mövzusunda “master klass” tədbiri keçirlir.
Artıq Bakı, Gəncə və Lənkəran şəhərlərində baş tutmuş tədbirlərdə 80-ə yaxın jurnalist və QHT nümayəndələri iştirak etmişlər. Lənkəran şəhərində keçirilən master klassa müxtəlif rayonlardan olan 25 iştirakçı qatılmişdır. Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun sözlərinə gorə, münaqişələrin həlli prosesində iştirak edən mütəxəssislər, tanınmış jurnalistlər master klass iştirakçılarına Dağliq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, prosesin ğedişi və vətəndaş cəmiyyətinin prosesdə iştirakı barədə məlumat vemişlər. Eyni zamanda DQ münaqişəsinin işıqlandırılması və münaqişə bəlğəsindən reportajların hazırlanması zamanı jurnalistlərin professional bacarıqlarının artırılması, münaqişə nəticəsində itirdiklərimiz və qazandıqlarımızla bağlı məşğələlər keçirilmişdir. İştirakçılara Masallı rayonunda nəşr olunan “Cənub xəbərləri” qəzeti, Lənkəran İnsan Hüquqları Resurs Mərkəzi və “Huquqi Yardım” İctimai Birliyinin reginoda insan hüquqlarının qorunması istiqamətindəki fəaliyyəti və insan hüquqları ilə bağlı yerli vəziyyət təqdim olunmuşdur. HTC mətbuat xidməti

