ERMƏNİSTANA GEDİŞ-ĞƏLİŞ AZƏRBAYCAN XALQINA LAZIMDIRMI? – 2
Bundan əvvəlki yazimı sadəcə verlişin xronikasına həsr etmişdim. İndi isə çalışacam ki, ermanistana (Daglıq Qarabaga Ermənistandan) səfərin mümkünlüyü barədə yazam.
Nə üçün Ermənistana səfər lazımdır?
- Biz sülh yolunda münaqişənin həllinə sadiqik. Hər halda dövlətimizin siyasətin buna yənalib. Deməli sülhün əldə olunması istiqamətində səylərimiz olmalıdır.
- 50 ildən sonra olsa da belə Azərbaycan və Erməni xalqı qonşu kimi yaşamağa məhkumdurlar.
- münaqişənin həllində həlledici səsə malik olan prezidentlər xalqlar arasında münasibətlər normallaşmadan sülh müqaviləsi imzalamağa qərar verməyəcəklər. ATƏT Minsk qrupu həmsədrlərinin açıqlaması və ziyalıların qəfil səfəri nümunə idi.
- Ermənsitan ictimaiyyetinə təzyiq etmək və onları normal qonşluğa sövq etmək.
Əğər kimsə müharibəni münaqişənin həlli üçün yeğanə çıxış yolu ğörürsə yazılanları oxumaqdan çəkinəcək. Bunu etməzdən əvvəl diqqətdən qaçırmayaq. DQ münaqişəsinin müharibə yolu ilə həlli deyandə nəyi başa düşürük?
- İşğal olunmuş torpaqlarən azad olunmasını
- DQ-ın de-fakto qaytarılmasını (2 variantda )
- DQ statusu ilə bağlı Azərbaycan əlverişli mövqe aldə edərək status məsələsini müzakirə edir.
- DQ ermənilərdən tamizlənir və status məsələsinə ehtiyac qalmır. DQ ermənilərdən təmizlənməsi mükündürmü? Siyasi və hərbi baxımdan. Dünyaya biz bunu inandıra bilərikmi ermənilərə DQ-da ehtiyac yoxdur?!
Müharibənin sonunda yenidən danışıqlar başlanır və yenidən DQ statusu ilə bağlı müzakirələr davam etdirilir. Yenidən itkilər və sonda yenə indiki vəziyyətə qayıdış.
Nə üçün Qarabağa səfər lazımdır?
- Qarabağ erməniləri de-yure bizim vətəndaşlardır.
- İşğal olunmuş torpaqlara “de-fakto” onlar nəzarəti həyata keçirir.
- DQ de-yure Azerbaijanın ərazi subyektidir.
- Biz DQ ermənilərinə hər hansı yuksək status vəd ediriksə, onları inandırmaq üçün distansion təsirlə yanaşı canlı ğörüşlər zamanı bu istəyimizi çatdırmaliyiq.
- DQ öz “müstəqilliyini” elan etmiş olsada tanınmamış subyektdir və onların tanınmaq şansları persperktivdə ğörsənmir. Bunu nəzərə alaraq DQ ermənilərinin bizim vasitəmizlə dünyaya inteqrasiyanın sərfəli olduğunu inandırmağımıza ehtiyac var.
- 4000 Azərbaycan vətəndaşı həmin ərazilərdə itğin düşüb və onlarən taleyi ilə bağlı məlumat toplamağ ehtiyac var.
- Azərbaycanın DQ minlərlə dəyərli tarixi abidələri var ki, onların taleyi ilə bağlı proseslərə təsir etmək üçün təkcə UNESCO-ya bəyanat verməklə iş bitmir. Onun müdafiəsi və məhv olunmaması üçün ermanilərlə qarşılıqlı layihələr həyata keçirməyə ehtiyac vardır.
- DQ elitası ilə münasibatlər yaratmaq.
- DQ ictimaiyyətini inandırmaq ki, bölğənin ğələcək taleyi icmaların birğə yaşayışından çox asılıdır.

