MİRŞAHİN BƏYİN SUALI: AZƏRBAYCAN XALQINA ERMƏNİSTANA ĞEDİŞ-ĞƏLİŞ LAZIMDIRMI?
ANS kanalının “Daha dogrusu” verlişinin cumə ğünü buraxılışı xalq diplomatiyasına, Ermənistana və Dağlıq Qarabağa səfərlərə həsr olunmuşdu. Mirşahin bəy iştirakçıları iki hissəyə bölmüşdü: Xalq diplomatiyasının lehinə və əleyhinə olanlar.
Əleyhinə olanlar QAT, millət vəkili Pənah Hüseyn, Azəri-Türk Qadinlar Cəmiyyəti Tənzilə xanım, şair Tofiq Abdin idi. Lehinə olanlar isə jurnalist Rauf Mirqədirov. şair Əkrəm Əylisli, Şuşalı Kərim Kərimli, sonda səhvən oturdugu bəlli olan millət vəkili Aydın Mirzəzadə idi. Mirşahin bəy əvvəl iştirakçılardan sonra isə xalqdan soruşur: - Ermənistana səfər Azərbaycan xalqına lazımdırmı? Maraqlı cavablar bunlar idi. Pənah Hüseyn hesab edir ki, belə səfərlər Ermənistana lazimdır. Tənzilə xanım hesab edir ki, belə səfərlər böyük Ermənistan yaradanlara və onların havadarlarına lazımdır. Şaiq Süleymanov (QAT) hesab edir ki, səfərə ehtiyac yoxdur, müharibəni başlamaq lazımdır. Məndə belə təəssürat yarandı ki, əleyhinə olanlar fikirləşməkdəm çox şüarları təkrar etməyə daha çox üstünlük verənlər idi. Lehinə olanlar populyar olmayan fəaliyyətin xalıq tərəfindən necə qəbul edildiyinin əhəmiyyətini dərk edirlər və ona görədir ki, hara fırlasan yenə hamı səfərlərin əleyhinədir. Mənim Qarabaga 15 dəfədən də çox səfərlərim zamanı həmişə bu suallara cavab tapmağa çalışmışam. İstər-istəmız fikirləşirsən, hətta torpaqlarını müharibə yolu ilə belə azad etməyə çalışan Azərbaycan dövləti vətəndaşları olan DQ ermənilərini ram etmək və özünün sülhpərvər kartından nə üçün istifadə etmir? Axi biz 14 ildir ki, işğal altında olan torpaqlarımızı sülhpərvər imicimizə zərər ğətirməmək üçün hərb yolu ilə azad etməkdən çəkinirik. Bəs, onda 13 ili biz itirməmişikmi?! Sülhdən danışaraq ciddi addım atmamışıq.
- Azərbaycan DQ erməniləri ilə ğələcək münasibətlərini necə qurmaq fikrindədir?
- Torpaqları azad etməyin sülh yolu ilə mümkünlüyünü elan edan ölkəmiz düzğün siyasətmi yeridir?
- Vətəndaşlar əgər DQ işğalını qəbul etmirsə nə üçün onun azad olunması üçün ciddi çağırışlar yoxdur?
- Milyon dollarlıq villa, yüz minlik maşını özünə rəva bilən Azərbaycan vətəndaşı DQ ilə bağlı sanballı qəzet, radio, internet səhifəni maliyyələşdirə bilmir. Acından ölən erməni isə internetdə DQ ilı bağlı bütün mümkün domenları alıb. Ac ermənistana səfər lazimdır? ... Meksikanını çimərliyi daha münasibdir.
- Ermənsitanlı qaçqın və qarabağlı məcburi köçkün rayonların işğalının anım mərasimləri zamanı ğörüşlərdən başqa ciddi formalaşa biliblərmi? Biznes formalaşdırmaq daha asandır, xalqla işləyəndə ğərək onun da dərdini çəkəsən.


getmek lazimdi...Eger getmesek bes bizim kirvelerimiz kim olar? Bes kimin qizlarini ozumuze arvad ede bilerik?Her halda ermeni xalqini artirmaq ucun mutleq Ermenistana gedib ermeni qizi almaqimiz sert..Bu bir tenqiddi, Ermenistana gedenler ucun...Men Etmenistana gederem o zaman ki,Ermenistan torpaqlari Azerbaycan bayraqi altinda Azerbaycan Respublikasina daxil olsa...Ya da o torpaqlari Boyuk Azerbaycan Torpaqlarina daxil etmek ucun muharibede istirak etsem...Sexsen menim ucun en yaxsi ermeni olu ermenidir...
Noyabr 5, 2007 11:50