CƏHƏNNƏMƏ... YAXŞI YOL?
Əvəz Həsənov: “Ermənistana səfərlər beş-on ildən sonra dividentlər gətirəcək”
Akif Nağı: “Bu, Azərbaycanın maraqlarına zidd, Ermənistanınsa mənafeyinə uyğundur”
"Yeni Musavat" qazetinin arxivindan
Son bir neçə gündə Azərbaycandan Ermənistana, Dağlıq Qarabağa səfərlər mövzusu yenidən diqqət mərkəzinə gəlib. Buna səbəb isə Ermənistan mətbuatında dərc olunan bir yazı olub. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan mətbuatında dərc olunan bir məqaləyə istinad edən ANS telekanalı Helsinki Vətəndaş Assambleyasının (HVA) dəstəklədiyi bir layihə çərçivəsində azərbaycanlı və erməni gənclərin Ermənistanın Lori bölgəsində yerləşən “Quqark” düşərgəsində bir araya gəlib, istirahət etmələri haqda süjet təqdim etmişdi.
Həmin süjetdə bildirilirdi ki, erməni müəllif HVA Azərbaycan Milli Komitəsinin (AMK) rəhbəri Arzu Abdullayevanın da qatıldığı tədbirin iştirakçılarının Qarabağda döyüşüb həlak olan erməni ruhuna badə qaldırmalarından tutmuş, erməni gəncin toyunda “Köçəri” havasına birgə qol götürüb oynamaları, hətta azərbaycanlı gənclərin erməni dilində sevgi etiraflarını necə səsləndirməyi öyrənmələri, bizimkilərin erməniləri plova, çaya qonaq etmələri ilə bağlı məqamlar öz əksini tapıb. Həmin məqalə ilə tanış olmadığımıza görə, həmkarlarımızın təqdimatından istifadə edirik. Xatırladaq ki, tədbir iştirakçılarından biri, jurnalist Seymur Baycan artıq qəzetimizə açıqlamasında bu faktların bir çoxunun şişirdilərək təqdim olunduğunu və ünvanlarına səslənən ittihamlarla razılaşmadığını bəyan edib.
İttihamlar isə səgimək bilmir. Artıq başqa telekanallar da bu mövzuya geniş yer ayırıblar. Səfər iştirakçılarından başqa, erməni və azərbaycan xalqları arasında əlaqələrin qurulmasının, bir sözlə, xalq diplomatiyasının tərəfdarı olan hüquq müdafiəçilərinin ünvanına kəskin ittihamlar səsləndirilir. Bu sırada HVA AMK sədri Arzu Abdullayeva ilə yanaşı Sülh və Demokratiya İnstitutunun rəhbərləri Leyla və Arif Yunusların, hüquq müdafiəçisi Əvəz Həsənovun adları hallandırılır, onlar “vətənə xəyanətdə” ittiham olunurlar. Digər tərəfdən, bu kimi səfərlərin baş tutmasına görə dövlət orqanları da suçlanır, ermənilərlə danışıqlardan gələn azərbaycanlıların sorğu-suala çəkilməməsi, səfərlərin hansı məqsədlə təşkil olunmasıyla bağlı araşdırmaların aparılmaması hökumətin, ələlxüsus da Milli Təhlükəsizlik Nazirliyinin günahı kimi təqdim olunur.
Maraqlıdır ki, ittihamlarla daha çox üzləşən və haqqında söhbət gedən səfərin təşkilatçısı olan HVA AMK təmsilçiləri iradlara dözümlü münasibət göstərirlər, deyilənlərə hansısa formada cavab vermirlər. Dünən biz qurumun təmsilçilərinin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. HVA AMK-nin ofisindən Arzu xanımın ölkə xaricində olduğunu söylədilər.
Ermənistanı, Qarabağı “su yoluna döndərməkdə” ittiham olunan digər hüquq müdafiəçilərindən isə dünən yalnız Əvəz Həsənovla əlaqə yaradıb, fikirlərini öyrənə bildik. Qeyd edək ki, bu şəxs əsir və girovların axtarışı üzrə fəaliyyət göstərən Beynəlxalq İşçi Qrupunun koordinatoru kimi vaxtaşırı Ermənistana və işğal altındakı torpaqlarımıza səfərlər edir. “Yeni Müsavat”a açıqlamasında hüquq müdafiəçisi elektron KİV-lərin məsələyə yanaşmada qərəz nümayiş etdirdiklərini söylədi. O, hesab edir ki, bu gün Qarabağa, Ermənistana səfər edən QHT nümayəndələrinə, jurnalistlərə qarşı “kor münasibət” bəslənir: “Xüsusən də elektron KİV bu məsələdə o qədər qarayaxma ilə məşğul olub ki, həqiqətləri yaddan çıxarıb. Azərbaycanı gözləyən bəlaları, bizim hansı uğurları əldə edə biləcəyimizi görmürlər. Çünki onlar “qara piar”la məşğul olurlar”.
Əvəz bəy hesab edir ki, işğal altında olan torpaqlara, Ermənistana səfər etmək, ermənilərlə birgə hansısa layihənin iştirakçısı olmaq vətənə xəyanət etmək demək deyil: “Bizlər dövlət orqanlarının etdiyi işlərin davamını reallaşdırırıq. Əgər məsələyə bir qədər ağılla yanaşsaq, görərik ki, QHT təmsilçiləri Azərbaycan rəsmilərinin, dövlət təmsilçilərinin sülh çağırışlarına uyğun olaraq addım atır. Nə mən, nə də başqaları Azərbaycan dövlətinin iradəsindən kənar nəsə edirik. Bugünə qədər hakimiyyət nümayəndələri, Milli Məclisin deputatları da dəfələrlə Ermənistana səfərlər ediblər, bir neçə beynəlxalq proqramın iştirakçısı olublar və ermənilərlə əməkdaşlıq edirlər. QHT-lər də eyni işi görürlər və bundan artıq bir addım da kənara atılmır. Sadəcə, QHT nümayəndələrinin səfərləri intensivdir. Çünki onlar hökumətin görmədiyi işləri görürlər. Biz də sülh yaratma ilə, əsir və girovların işi ilə məşğuluq. Heç kim də bunun qarşısını ala bilməz. Əgər mətbuatda təqdim olunduğu kimi, burdan gedənlər orda ermənilərlə bir yerdə yemək yeyib, çay içiblərsə, bunu əldə əsas tutub insanları ləkələmək olmaz. Əvvəla mən inanmıram ki, hər şey telekanallarda təqdim olunduğu, erməni jurnalistin yazdığı kimidir. Təbii ki, bir neçə gün davam edən səfər zamanı yemək yeyilməlidir, burda qəbahət nə var ki?”
Ə.Həsənov onlara hücum edənlərin Ermənistana səfər edən hökumət nümayəndələrinə, deputatlara qarşı adekvat münasibət bəsləmədiklərini də qeyd etdi: “Niyə bizi tənqid edən Akif Nağı, başqaları onları tənqid etmir? Bizim bugünkü fəaliyyətimiz beş-on ildən sonra Azərbaycana çoxlu dividentlər gətirəcək. Vaxt gələcək ki, mə

