30 oktyabr SSRİ-də siyasi məhbuslar gunudur
Bir zamanlar sovet siyasi sisteminin qurbanları olan məhbuslar, sürgün olunmuşlar və dissidentlərin aclıq aksiyası kimi başladıgı gün rəsmi olaraq keçmiş Rusiya prezidenti Boris Yeltsin tərəfindən anım günü kimi təsdiq olundu.
Stalinin represiya aparatının qurbanları sırasına yüz minlarlə əks düçüncəli “sovet” vətəndaşları arasında Azərbaycanın mədəniyyəti və ictimai siyasi mühitinin qaymaqıarı olan on minlərlə həmyerlilərimiz olub.
1991-ci ildən Rusiyada qeyd olunan və bütün SSRİ siyasi məhbuslarının xatirəsini əks etdirən bu gün Azərbayanda yalnız hüquq mudafiəçiləri tərəfindən yada salınır. İstər-istəmız sual olunur, hani Azerbaycanın dissidentləri? Azərbaycan dövlətinin asasını qoyan və sonradan represiyaya ugrayan ziyalıların övladları? Azərbaycanda siyasi repressiya qurbanlarının hüquqlarını müdafiə edən təşkilat və onun lideri Əşrəf Mehdiyev? Niyə onların səsi eşidilmir və onlar bu hakimiyyətə aidiyyatı olmayan siyasi ədalətsizliyin bərpasına niyə çalışmırlar? Niyə Azərbaycanda siyasi repressiya qurbanlarının xatirəsini əbədiləşdirən abidə qoyulmur və yaxud varsa onun yerini tanıyanlar azdır?!
İndi eşitdim ki, “Gundəlik Azərbaycan” qəzetinin redaktoru Eynulla Fətullayeva 8 il 6 ay hökm oxundu.
Bu hökmü hamı gözləyirdi. Bu Azərbaycanın ən aparıcı qəzetini susdurmaq üçün “ən optimal” variant idi. Onun qəzetlərini çap etməyə davamçiları tapılmadı. Çünki, bizim məmləkət şəxsin və liderin üzərində qurulub. Liderlari məhv etməklə xalqı susdurmaq asan olur. Bax, ona görədir ki, sovet hökuməti tarixdə qalsa da, onun repressiya alətlərindən hakimiyyət ugurla istifadə edir. Yəqin ki, Avropa İnsan Hüquqları Məhkəməsində şikayətinə baxilana qədər Eynullanın vaxtı olacaq ki, yazdiqlarını bir daha oxusun və yazacaqlarını yazsin. Daha müdrik olsun. Mübarizəsini davam etdirsin. Məhbsdə olsa da belə.
Qapın açıq olsun!

