AZƏRBAYCAN RESPUBLIKASININN İCTIMAI ŞURASI NECƏ YARADILSIN?!
Azərbaycan Respublikası Prezidenti yaninda Azərbaycan Respublikasınınn İctimai Şurası
İctimai Şura nədir?
Azərbaycan Respublikasında ictimai əhəmiyyətli məsələlərin həll olunmasını təmin etmək, ölkənin milli təhlükəsizliyi, sosial iqtisadi inkişafı, vətəndaşların hüquq və azadliqlarının təmin olunması, demokratik prinsiplərə əməl olunmasına şərait yaratmaq üçün yaradılır. İctimai Şuranın fəaliyyətini tənzimləmək üçün “İctimai Şura haqqında” qanun qəbul olunur.
İctimai şura necə yaradılır?
1-ci mərhələ
Prezident aparatı ölkədə nüfuza malik olan QHT liderləri və vətəndaş cəmiyyətinin fəal liderləri ilə məsləhətləşmələr aparır. Vətəndaş cəmiyyətinin nüfuzlu liderlərinin təxmini siyahısı tərtib olunur.
2-ci mərhələ
QHT koalisiyaları və ümumrespublika QHT yıgıncaqları vasitəsilə 25 nəfərdən az olmayaraq numayəndənin namizədliyi Prezident aparatına təqdim olunur.
3-cü mərhələ
Prezident 25 nəfərdən ibarət İctimai Şuranin tərkibini təsdiq edir və eyni zamanda Şura tərəfindən təklif olunan Şuranın komissiyalarını təsdiq edir.
İctimai Şura üzvlərinin səlahiyyəti 3 ildən sonra başa çatır.
İctimai şuranın vəzifəsi:
- Azərbaycan Respublikasının ictimai təskilatlarla baglı dövlət siyasətinin reallaşmasına çalışmaq.
- Vətəndaş təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsinə çalışmaq.
- Azərbaycan Respublikasının icra, qanunvericilik, məhkəmə hakimiyyəti və bələdiyyələr üzərində ictimai nəzarətin yerinə yetirilməsinə çalışmaq.
- qəbul olunmuş qanunlarən ictmai ekspertizasını həyata keçirmək.
- Vətəndaş cəmiyyətinin inkişafına yönələn addımların atılması zamanı məsləhətlərin verilməsi.
İctimai Şuraya üzvlük zamanı yaş həddi, gender balans, müxtəlif ictimai sahələrdə təmsil olunduqları nəzərə alınır.
Movzu ilə baglı mənim bir neçə qəzetdə müsahibələrimin əsasinda duran bu təkliflər olub.
Bu tezis təkliflərə munasibətinizi bildirə bilərsiniz.
Əvəz Həsənov

