PARLAMENT SEÇKİLƏRİNƏ AİD YEKUN HESABAT YAZACAQ QRUP YARADILIB
Açıq Cəmiyyət İnstitutu-Yardim Fondunun təçəbbüsü ilə formalaşdırılan 6 noyabr parlament seçkiləri ilə bağlı yekun hesabat yazacaq qrupun tərkibi təsdiqlənib. İşçi qrupunda QHT koalisiyalarının nümayəndələri Əli Abbasov, Rəfael Hümbətov, Hafiz Həsənov və Əvəz Həsənov təmsil olunublar. Qrupun işinə texniki və məlumat vermək vəzifəsi isə Şeyda Nəsibliyə tapşırılıb.
Yazilacaq birgə hesabatın müzakirəsi zamanı qərara gəlinib ki, bu, ayrı-ayrı QHT-lərin və QHT koalisiyalarının deyil, dünya standartlarına uyğun olan və obyektiv mənzərəni özündə əks etdirən bir sənəd olmalidir. Birgə hesabat koalisiyalar və maraqlı tərəflərin hesabatlarının təkrarı olmamaqla yanaşı keyfiyyətcə yeni bir təcrübə və yanaşmanı ehtiva edəcək. Müzakirə zamanı hesabatın strukturu əlavələr və tövsiyələrlə təsdiqlənib. İş bölgüsü aparılıb. Qərara alınıb ki, qrup hər həftə toplaşsın və mövcud durumla bağlı müzakirələr aparsın. Seçkilərlə bağlı yekun hesabat hazırlayacaq işçi qrupa ACİ –YF dəstək verəcək